Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsi və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki və hüquqi şəxslər cəzalandırılacaqlar.
“Report” bu barədə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə istinadən xəbər verir.
İnzibati Xətalar Məcəlləsinə 461.1-1-ci maddənin əlavə edilməsi planlaşdırılır.
Əlavəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsi və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə ediləcəklər.