Türkiyədə daş kömür mədəni çökdü, 6 fəhlə öldü –Dağıntılar altında qalan var

0
18
Türkiyənin Şırnak əyalətində daş kömür mədəninin çökməsi nəticəsində 6 fəhlə ölüb.

“Report” NTV-yə istinadən xəbər verir ki, 1 fəhlə dağıntıların altından sağ xilas edilib.

Bir nəfər isə dağıntılar altında qalıb. Onun xilas edilməsi istiqamətində işlər görülür.

Məlumata görə, bu özəl mədən Şırnak-Cizre avtomobul yolunun 20 km-liyində yerləşir.