Türkiyə Ərbilə bütün hava məkanını bağladı –Rəsmi Ankara Bərzaniyə qarşı daha bir qərar aldı

0
3

Türkiyədə öz hava məkanını Şimali İraq Kürd Muxtariyyətinə tam bağlayıb.

Strateq.az xəbər verir ki,  qərar Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün keçirilən Milli Təhlükəsizlik Şurasının iclasında alınıb.

İcasdan sonra açıqlama verən Baş nazirin müavini Bəkir Bozdağ deyib ki, bundan sonra heç bir təyyarə muxtariyyətə uçuş etməyəcək: “Eyni zamanda, sərhəd-keçid məntəqələrinin də rəsmi Bağdada təhvil verilməsi qərara alınıb”.