Yanacaq sərfiyyatını necə azaltmaq olar? –VİDEO

0
3

Bir çox sürücülər xüsusi ilə də qış mövsümündə avtomobilin yanacaq sərfiyyatının artmasından şikayətlənir. Yanacağa qənaət etməyin bir sıra üsulları var.

Bu qaydalara əməl edən sürücülər 40 faizə qədər yanacağa qənaət edə bilərlər. Xüsusi ilə də qış mövsümü ilə əlaqədar ustaların sürücülərə tövsiyələri var.

Avtomobillərdə yanacaq sərfinə təsir edən bir sıra detallar var ki, onların vaxtında dəyişdirilməsi yanacağın 5-6 faiz qədər qənaətlə sərf olunmasını təmin edir.

Yayda kondisionerdən istifadə sərfiyyatı artırır ki, qış aylarında onun əvəzedicisi mühərrikin qızmamasıdır.

Avtomobil işıqlarının yandırılması zamanı sərfiyyatın artmasına çoxları inanmasa da, ustalar bunun özünəməxsus səbəbi olduğunu bildirirlər. Avtomobilin yüklü olması da sərfiyyata təsir edir.

Bundan başqa, təkərlərin havasının az olması da yanacaq sərfini artıran amillərdəndir.

Yoxuşlarda asta hərəkət etmək, enişlərdə isə əksinə gərəksiz qaza basmaq yanacaq sərfini nəzərə çarpacaq qədər artırır/”Xəzər”TV.