Prezident İlham Əliyev bu gün MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfərə gedib.
Soçi Beynəlxalq Aeroportunda dövlət başçısını Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşılayıblar.