Deputatdan çağırış:“İraqda keçirilən referenduma Milli Məclis münasibət bildirməlidir”

0
3
“Şimali İraqda keçirilən referenduma Milli Məclis  münasibət bildirməlidir”.

Bu sözləri musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Onun sözlərinə görə, bu hadisə Azərbaycana da təsir edə bilən bir hadisədir: “Bu hadisə təkcə Kürdüstanın müstəqilliyi məsələsi deyil, bu, Türkiyənin və Azərbaycanın maraqlarına vurulan zərbədir. Odur ki, biz bu məsələdə öz prinsipial mövqeyimizi bildirməliyik.

Deputat qeyd edib ki, bu referendumun nəticələrinin gələcəkdə Azərbaycana xüsusən də Qarabağ məsələsinə təsirləri ola bilər: “Biz buna qarşı öz mövqeyimizi ifadə eləməliyik. Diqqət edirsinizsə, o referendumun təsiri altında artıq Azərbaycanın bəzi vətəndaşları da separat əhval-ruhiyyəyə kökləndi. Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq”.