Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı, 66 saylı “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən azad olunma xəbəri rəsmən təsdiqənib.
Strateq.az “qafqazinfo”ya istinadən xəbər verir ki, o, başqa işə keçməsi ilə əlaqədar işdən azad olunması üçün Təhsil Nazirliyinə ərizə yazıb. Nazirlik ərizəyə baxaraq, onun işdən çıxarılması barədə əmr imzalayıb.
Qeyd edək ki, M. Məmmədova barəsində mətbuatda dəfələrlə neqativ informasiylar yazılmışdı. O, əsasən məktəblilərdən rüşvət almaqda ittiham olunub.
Məumatda o da deyilir ki, bu yaxınlarda Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılıb.