“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Bakıda “Qeyri-hökümət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, vəsait xərcləyib Həcc ziyarətinə adam göndərənlər həmin məbləği iki qız tələbənin ödənişinə xərcləsələr, daha faydalı olar: “Bizim bəzi dindarlığın qatı olduğu bölgələrdə qızları məktəbə buraxmırlar. Bu problemə qarşı mübarizə aparılmalıdır. Bu mövzuda din xadimlərindən açıqlama gözləyirəm”.