“Dağlıq Qarabağ kimi münaqişələr fəlakətə səbəb ola bilər”.
Bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Tbilisidə Ermənistan parlamentinin sədri Ara Babloyan ilə görüşdə deyib.
Dağlıq Qarabağ münaqişəsi məsələsinə münasibət bildirən Gürcüstanın dövlət başçısı Ermənistan-Azərbaycan münaqişəsinə görə narahat olduğunu bildirib: “Bir şey aydındır: bizim kimi kiçik xalqlar üçün belə münqişələr fəlakətlə nəticələnir. Regionda sülh üçün dua edirik”.
Report