“Azərbaycanda bu il iqtisadi geriləmə 1.3, inflyasiya isə 14 faiz olacaq” –Asiya İnkişaf Bankından şok proqnoz

0
10
Bu il Azərbaycanda 1,3% səviyyəsində iqtisadi geriləmə olacağı gözlənilir. 

Bu barədə Asiya İnkişaf Bankının (ADB) yenilədiyi proqnoz hesabatında deyilir.

Hesabata görə, 2018-ci ildə isə ÜDM-in 1% artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, bundan öncə (aprel hesabatı) 2017-ci ildə geriləmənin 1,1%, 2018-ci ildəki artımın isə 1,2% olacağı proqnozlaşdırılırdı.

ADB-nin yeni hesabatında 2017-ci ildə Azərbaycanda 14%-lik inflyasiya olacağı da qeyd edilir. Bundan əvvəlki sənəddə isə bu rəqəm 9% olub. Bank gələn il üçün inflyasiya proqnozunu isə 8%-dən 10%-ə qaldırıb/Report.