Prezident İlham Əliyev BMT-də çıxış etdi:“Təcavüzkarı cəzalandıracağıq”

0
3

“Qarabağ münaqişəsi Azərbaycanın ərazü bütövlüyü çərçivəsində həll olunmalıdır”.

Strateq.az bildirir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının bu gün keçirilən iclasındakı çıxışı zamanı deyib.

Dövlət başçısı Ermənistanın münaqişənin həlli ilə bağlı tutduğu mövqeni sərt tənqid edib: “Ermənistan status-kvonu saxlamağa və danışıqları əngəlləməyə çalışır. İşğalçıya qarşı beynəlxalq təzyiq və sanksiyalar yoxdur”.

Prezident vurğulayıb ki, Azərbaycan problemin dinc yolla həllini dəstəkəlyir: “Amma eyni zamanda əgər erməni təxribatları davam edərsə, Azərbaycan BMT-nin Nizamnaməsinə uyğun olaraq, öz əhalisini müdafiə edəcək. Təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi, yenə cəzalandıracağıq”.

İlham Əliyev çıxışında qeyd edib ki, Azərbaycan müasir və demokratik dövlətdir və ölkədə bütün fundamental azadlıqlar təmin edilib.