Myanmarın lideri sükutu pozdu və müsəlmanlara qarşı kütləvi zorakılığı pislədi:”Biz sülh istəyirik”

0
15

Myanmarın dövlət müşaviri və hökumətin faktiki rəhbəri Aunq San Su Çji ilk dəfə Rakhayn ştatında Rohinca müsəlmanlarına qarşı kütləvi zorakılığı pisləyib.

APA-nın “Detuche Welle”yə istinadən verdiyi məlumata görə, Nobel mükafatı laureatı çıxışında insan haqlarının istənilən şəkildə pozulmasının qəbuledilməz olduğunu bildirib: “Dini , etnik, siyasi mənsubiyyətindən asılı olmayaraq hadisənin günahkarları cəzalandırılacaq. Biz hamımız müharibə deyil, sülh istəyirik”. 

Aunq San Su Çji regionda baş verənlərlə şəxsən tanış olacağını və xarici müşahidəçiləri ölkəyə buraxacağını açıqlayıb. O, dünya ictimaiyyətini səbirli olmağa da çağırıb: “Biz böyük sayda problemlərlə üzləşən balaca və gənc demokratiyayıq. Myanmar Banqladeşə getmiş qaçqınların geri qayıtmasına kömək etməyə hazırdır”.