“Naz Lifan” avtombillərinin istehsalının dayandırılması ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır.
Naxçıvan Avtomobil Zavodunun Bakıdakı baş ofisindən Teleqraf.com-a verilən məlumata görə, sadəcə bu ay istehsal olmayıb: “Səbəb sifarişin yoxluğudur. Sifariş olduğu müddətcə istehsal davam edəcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə avtomobil zavodunun istehsalı dayandırdığı barədə məlumatlar getmişdi.