AXCP sədri Əli Kərimli bildirib ki, mitinq keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.
AXCP sədri facebook səhifəsində canlı yayımda deyib ki, Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını tələb edib.
“Avropa Parlamenti Azərbaycanda bu korrupsiyanın, pul yuyulması əməliyyatının sonadək araşdırılması barədə qətnamə qəbul edib. Avropa Şurasının baş katibi Azərbaycanın Avropa Şurasından çıxarılmasının gündəmə gəldiyini vurğulayıb. ABŞ-da Azərbaycanda insan haqlarını pozan məmurlara qarşı sanksiyalar anons edilib. Amma, Azərbaycan iqtidarından heç bir səs yoxdur. Azərbaycan xalqı bu vəziyyətlə barışa bilməz”, o qeyd edib.
Kərimli bildirib ki, Milli Şura xalqın pullarının geri qaytarılmasını, günahkarların cəzalandırılmasını tələb etmək üçün ümumxalq mitinqi təyin edib. (Amerikanın Səsi)