Qara çay xərçəng hüceylərini məhv edir- Amma bir şərtlə…

0
3

Bu gün dünyada sağlamlıq effektinə görə yaşıl çaya daha çox önəm verilsə də, qara çay da orqanizm üçün xeyirliliyinə görə heç də ondan geri qalmır.

Antioksiden anbarı sayılan qara çay ilk növbədə xərçəng hüceyrələrinin yaranmasına və inkişafına mane olur. Bəşəriyyətin ən böyük düşmənlərindən sayılan xərçəng hələ hüceyrə halında olduğu zaman öldürülmədiyi üçün getdikcə xəstəliyə çevrilir.  Qara çay isə həmin hüceyrələrin düşməni sayılır. Xüsusən də qara çayın tərkibindəki teaflavin-1 maddəsi bu faciə yaradacaq hüceyrələri məhv etməyə qadirdir.
Həmçinin, qara çayı soyudulmuş halda dəriyə sürtdükdə dəridə yarana biləcək infeksiyaların qarşısını önləmək olar. Qara çayın içildikdən sonrakı artığını isə gözə sürməklə gözdəki qızartını aradan qaldırmaq olar.
Qara çay faydalı olduğu kimi də ziyanlı da ola bilər. Məsələn çox tünd halda içildikdə ürəyin fəaliyyətinə, qan dövranına mənfi təsir göstərər. Qara çay gün ərzində 5-10 stəkan içilməlidir. Lakin qəbul edilən zaman şirniyyat və şəkərdən həddindən artıq az yararlanmaq lazımdır.