Myanma müsəlmanlarına yardım göndərilir – Prezident göstəriş verdi

0
2
Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti tərəfindən humanitar yardım göndərilir.

“Qafqazinfo” FHN-in saytına istinadən xəbər verir ki, humanitar yardım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir.

Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.