Karib dənizi üzərində tüğyan edən “İrma” qasırğası nəticəsində Sen-Marten adasında Niderlanda məxsus hava limanı tamamilə dağılıb.
Trend-in məlumatına görə, qasırğa adanın cənubunda böyük dağıntılara səbəb olub.
Adanın şimalındakı Fransaya məxsus hava limanı isə fəaliyyətini davam etdirir.
Qeyd edək ki, Sen-Marten adası iki dövlətə məxsusdur. Adanın şimalı Fransanın dənizaşırı ərazisi hesab olunur, cənub hissəsi isə Niderlanda məxsus muxtariyyətdir.
Son məlumata görə, “İrma” qasırğası nəticəsində 8 nəfər ölüb, 23 nəfər yaralanıb.