İran prezidenti Həsən Ruhani Koreya yarımadasındakı gərginliklə bağlı açıqlama verib. Sputnik Azərbaycan bu barədə “Cumhuriyyet”-ə istinadən xəbər verir: “ABŞ-ın Şimali Koreyaya qarşı təhdidləri, bütün dünya üçün təhlükəlidir. Əgər siz davamlı olaraq Pxenyan rəhbərliyinə təzyiq göstərsəniz, onlar nüvə başlıqlı raket sınaqlarının sayını daha da artıracaqlar. Bu isə müharibə təhlükəsi deməkdir. Ən çox əziyyət çəkən isə Şərqi Asiya xalqları olacaq” — Ruhani bildirib.
“Bu problem danışıqlar və dialoq yolu ilə həll edilməlidir. Amerikalı rəsmilər də səs tonlarını aşağı salmalı, danışıqlarına fikir verməlidirlər” — prezident qeyd edib.