Özbəkistanda kəskin devalvasiya- Milli valyuta dəyər itirdi

0
3
Özbəkistanın Mərkəzi Bankı (MB) sentyabrın 5-dən milli valyuta-sumun kəskin devalvasiyasını edib.

Mərkəzi Bank 1 dolları 8100 sum səviyyəsində müəyyənləşdirib. Bu da ötən həftə ilə müqayisədə 3889,65 sum yuxarıdır. Əvvəl 1 dollar 4210,35 sum olub.

Bank sumu digər xarici valyutalara nisbətdə də devalvasiya edib. Avronun məzənnəsi 9645,48 sum səviyyəsində müəyyənləşdirilib ki, bu da əvvəlki məzənnədən 4878,601 sum yüksəkdir. Rublun məzənnəsi 68,731 sumdan 139,91 suma qalxıb.

Sumun kəskin devalvasiyası Özbəkistan prezidenti Şavkat Mirziyeyevin sentyabrın 2-də imzaladığı “Valyuta siyasətinin liberalalşdırılması üzrə ilkin tədbirlər” adlı Fərmanından sonra baş verib.

Onu da deyək ki, Özbəkistanda milli valyutanın kəskin devalvasiyası uzun illərdən sonra ilk dəfə həyata keçirilir(azərtac).