İstanbulun əhalisi 14 milyon 804 min 116 nəfərə çatıb. Son beş ildə şəhərin əhalisi 1 milyon nəfər artıb. Hesablamalara görə, şəhər əhalisinin ümumi sayı 2018-ci ilin sonunadək 15 milyon nəfər olacaq.
Azərtac rəsmi mənbələrə əsasən xəbər verir ki, bu şəhərin əhalisinin ümumi sayı 145 ölkənin əhalisi ilə müqayisədə daha çoxdur. 1927-ci ildə İstanbul əhalisinin ümumi sayı 807 min nəfərə yaxın olub. Xüsusilə sənayenin inkişafı ötən dövrdə şəhərin sürətlə böyüməsinə və əhalisinin artmasına təkan verib.