Xızıdakı hərbi anbarda baş vermiş partlayışın fəsadları araşdırılır –Bir həftədə 884 ədəd partlamamış hərbi sursat tapılıb

0
3
 Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentliyin (ANAMA), FHN və DİN-in birgə keçirdiyi təmizləmə əməliyyatları barədə məlumat yayılıb. 

Strateq.az bildirir ki, ANAMA-dan verilən xəbərə görə, 2 sentyabr tarixində hərbi hissənin ətrafında, Giləzi qəsəbəsində, Sitalçay və Şurabad kəndləri ərazisində 4 evin həyətyanı sahəsinə, 2 əkin sahəsinə, 2 qəbiristanlığın yaxınlığına, ferma ərazisinə, Samur-Abşeron kanalının içərisinə və ətrafına baxış keçirilib, 183 ədəd partlamamış hərbi sursat (PHS), 729 ədəd partlamış-yanmış raketin qalıqları, 570 kq yandırma aşkar olunaraq götürülüb, nəticə etibarilə 1 298 623 kv.m (129.86 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 7 gün ərzində 11 ev, 38 evin həyətyanı sahəsinə, 5 ferma ərazisinə, 5 əkin sahəsinə, 6 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalının içərisinə və ətrafına baxış keçirilib, 9 075 477 kv. m (907.55 ha) ərazi yoxlanılıb, 884 ədəd partlamamış hərbi sursat, 1 101 ədəd partlamış-yanmış sursat qalıqları və 1 179 kq yandırma aşkar olunaraq götürülüb

Bununla yanaşı, Xızı rayonun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.