Vaşinqton Ərdoğanın mühafizəçilərinə qarşı ittiham irəli sürüb

0
3
Rəsmi Vaşinqton ABŞ-da etirazçılara hücum etdiklərinə görə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinə qarşı ittiham irəli sürüb.

“Assoşieyted Press”in  verdiyi xəbərə görə, etirazçılarla mühafizəçilər arasında qarşıdurma R.T.Ərdoğanın mayda Vaşinqtona səfəri zamanı, Türkiyə səfirinin iqamətgahı qarşısında baş verib. Məlumata görə, ittiham, ümumilikdə, 19 nəfərə qarşı irəli sürülüb. Onlardan  15 nəfəri Türkiyə təhlükəsizlik xidmətlərinin əməkdaşlarıdır.

Dövlət Departamenti insidentdən sonra Türkiyəyə etiraz edib. Ankara ittihamları rədd edərək insidentin ABŞ tərəfinin lazımi təhlükəsizlik tədbirləri görməkdən imtina etməsi səbəbindən baş verdiyini bəyan edib.  (APA)