Qurdları öldürən ŞÜYÜD TOXUMU. İstifadə qaydası

0
5

Şüyüd toxumu güclü qurd əleyhinə vasitədir. Şüyüdün özü də qurdları öldürmək xüsusiyyətinə malikdir.

Lakin onun toxumlarında bu xüsusiyyət daha güclüdür.

Bu məqsədlə şüyüd toxumunu bir neçə üsulla istifadə etmək olar.

1. Hər səhər acqarına 1 çay qaşığı şüyüd toxumunu çeynəyin və 1 stəkan su için.

2. 1 x.q. şüyüd toxumu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür, gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla içilir.

3. 300 qr şüyüd tozumunu bankaya tökün. Bankaya toxumun üzərinə çıxana qədər bitki yağı  tökün, 10 gün sərin qaranlıq yerdə saxlayın (hər gün qarışdırmaq lazımdır), sonra süzün. Vasitəni hər səhər 1 ç.q. olmaqla qəbul edin.

Nəzərə almaq lazımdır ki, mədə-bağırsaq sistemi xəstəlikləri, allergiyalar zamanı şüyüd toxumundan istifadə ziyan vura bilər.