“Jefferies” 2018-ci il üzrə neft qiymətinə dair proqnozunu azaldıb- Rəqəmlər

0
21
 ABŞ-ın “Jefferies” sərmayə bankı 2018-ci il üzrə “Brent” markalı xam neftin bir barrelinin qiymətinə dair proqnozunu 64 dollardan 57 dollara endirib.

Azərtac banka istinadla xəbər verir ki, “Jefferies”in analitikləri Mişel Hsu və Zak Parham hazırladığı hesabata görə, bank 2019-cu ildə neftin bir barrelinin qiymətinə dair təxminini 67 dollardan 60 dollara endirib. 2020-ci ilə qədər “qara qızıl”ın qiymətləndirilməsində isə 70 dollar/barreldən 65 dollar/barrelə salınıb.

“Bazar qısa müddətdə kifayət qədər təkliflə qarşı-qarşıya qalacaq. Ancaq biz təsdiqlənmiş ehtiyatların, eləcə də uzunmüddətli qiymət ehtimalını dəstəkləmək üçün müvafiq imkanların azalmasını gözləyirik”, – deyə hesabatda bildirilir.