Azərbaycanda toy mərasimləri necə keçirilməlidir: dəbdəbəli, yoxsa sadə? – SORĞU

0
9
Azərbaycanda əksəriyyət bahalı toy mərasimlərindən, bu sahədə olan israfçılıqdan şikayət edir. Hamının şikayətlənməsinə baxmayaraq, sadə toy edənlərin sayı da çox deyil. “Qonşudan qalma geri” deyiminə əsaslanan insanların sonu isə bəzən faciə ilə, çox vaxt isə maddi çətinliyə düşməklə bitir.

Təbii ki, xoşbəxtliyini dəbdəbəli toy mərasimində görməyənlər qədər, bu dəbdəbəni təqdir edənlər də var.

“Report” Bakı sakinlərinin dəbdəbəli yoxsa sadə toya üstünlük verdiyini öyrənmək məqsədi ilə sorğu keçirib.