Bakı-Quba yolu bağlandı- Xızıda silah anbarında partlayışla əlaqədar

0
4

Baş Dövlət Yol Polisi İdarəsi bu gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın və partlayışla əlaqədar xəbərdarlıq edib.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, Xızı rayonu ərazisində yaranmış təhlükə ilə əlaqədar Bakı-Quba avtomobil yolunun 28-ci km-dən, eləcə də həmin yolun Qubadan paytaxt istiqamətinə 78-ci km-dən nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılıb.

Qeyd olunanları nəzərə alaraq sürücülərdən xahiş olunur ki, həmin istiqamətlərdə səfərlərini müvəqqəti olaraq təxirə salsınlar.