Apple şirkəti İranın bütün mobil əlavələrini bağlayıb –Tehran şirkətə xəbərdarlıq edib

0
4
 İran mətbuatının yaydığı məlumata görə, Apple şirkəti özünün onlayn mobiləlavələr dükanından (App Store) bütün İran mobil əlavələrini yığışdırıb.

Apple şirkətinin bu qərarına reaksiya verən telekommunikasiya naziri Məhəmmədcavad Azəri Cəhromi deyib ki, Apple iranlı müştərilərə hörmət etməlidir. Nazir həm də, öz Twitter hesabı vasitəsilə bu sözləri yazıb: “İnformasiya texnologiyaları insanların həyatnı daha yaxşı və rahat etmək üçündür, ölkələr arasında ayrıseçkilik etmək üçün deyil.”

Kaliforniya ştatının Kupertino şəhərində yerləşən Apple şirkəti bu məsələ ilə bağlı hələ ki, şərh verməyib.

Cəhromi digər Twitter mesajında əlavə edib: “İran mobil telefonlar bazarının 11 faizi Apple şirkətinə məxsusdur. İstehlakçı hüquqlarına hörmət müasir zamanın əsas prinsiplərindən biridir. Apple şirkəti isə buna riayət etmir. Biz mobil əlavələrin yığışdırılması məsələsini hüquqi yolla təqib edəcəyik.”

Apple  İran körfəzi ölkələrində rəsmi olaraq təmsil edilmir. Buna baxmayaraq, çoxlu sayda iranlı, şirlətin məhsullarını İran daxilindəki dükanlar vasitəsilə əldə edir. (Amerikanın Səsi)