Ramiz Tagıyev:”Mehman Əliyevin həbs edilməsi 2018-ci ilə hesablanıb”

0
3

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin həbs edilməsi siyasi camiədə ciddi narazılıq yaradıb. Əksəriyyət bu həbsi azad mətbuatın tam sıradan çıxarılması kimi qəbul etsə də, Canımız Azərbaycan Naminə (CANP) partiyasının sədri Ramiz Tağıyev ölkədə azad yazarların hələ çox olduğunu söyləyib:”Mehman Əliyevin həbs edilməsinə təəssüflənirəm. Onunla yaxın tanışlığım olmasa da, Mehman bəyin müstəqil, azadfikirli ziyalı olmasından xəbərdar olmuşam.

Bu həbs,iqtidarın mahiyyətinin göstəricisidi. Bir sözlə, iqtidar nümayəndələri açıq-aşkar bəyan etmiş kimi görünürlər ki, biz, söküb-talayacağıq, sizlər cəzalanacaqsınız. Həm də bu cəza bizimlə bitmir ki, övladlarımız, yaxınlarımızın hamısı cəzalanır. Onların da bütün hüquqları əlindən alınır. İnanın ki, baş verən dərəbəylik, rüşvətxorluq, qanunsuzluqlara artıq dözmək mümkün deyil. İqtidar isə bizə tam əksini deyir,sona qədər dözməlisiniz deyir. Azacıq etiraz edənlər Mehman Əliyev kimi cəzalandırılır. Açıq söyləyim, mən, bu iqtidarın belə qanunsuzluqlardan, rüşvətdən, sərvətdən doyub, haqq-ədalətə müəyyən qədər qayıdacaqlarına inanırdım. Axı nə qədər olar?! Ancaq görünən odur ki, qanunsuzluqlar qanuniləşdirilməkdədi. Mənə elə gəlir ki, Mehman bəyin həbs edilməsi 2018-ci ilə hesablanıb. Bu həbs hamımıza mesaj sayıla bilər;səsiniz çıxsa həbs ediləcəksiniz. İş o həddə çatıb ki, həbs edilənlərin müdafiə “iş”i də iqtidar yetkililəri tərəfindən təşkil olunur. Ortalığa salınmış 2-3 adam bir neçə tədbir keçirib,sonra çəkiləcək kənara. Bu ölkədə hər şey inhisara alınıb. Bundan çoxluğun xəbəri olana qədər belə davam edəcək. Hələlik kim çox danışıb, xalqı çox aldada bilirsə onlar yaxşı siyasətçi,”millətsevər”dilər”.

1

Mehman Əliyevin müdafiəsinə qoşulacaqsınızmı-? sualına cavab olaraq, R.Tağıyev bildirdi ki, o, bütün günahsız məhbusların müdafiəsində olmağa hazırdı:”Bir çoxları ilə fərqli siyasi baxışımız olmasına baxmayaraq mən, onların həbs edilməsinə qəti etiraz etmişəm.Müdafiə işinə dəvət edilmədən qoşula bilmərəm. Bu işin də “monopolist”ləri var. İnciyərlər sonra… Yenə deyirəm, ölkədə həbs olunmalı yüzlərlə korrupsioner, rüşvətxor, talançı məmur ola-ola, M.Əliyevin həbs edilməsi gülüncdür. Məmurların əlində cəmləşmiş şirkətlər, biznes sahələri qazanclarının bir faizini vergi ödəsəydilər indu ölkə yağ-bal içində üzərdi. M.Əliyevin həbsinin motivi bu baxımdan həm gülməli, həm də ağlamalıdır. Dəfələrlə həbs edilmişəm və barəmdə bir çox cinayət maddələriylə cinayət işi açılmışdı.Hamısı saxta, qurama ittihamlar olub. Siyasətçilərin, jurnalistlərin necə həbs olunmasından xəbərdar olduğumdan, bəri başdan söyləmək mümkündür; günahsız həbs olunmuş Mehman Əliyevə azadlıq!”