Gürcüstan prezidenti Georgi Marqvelaşvili Azərbaycandan, Türkiyədən və Belarusdan olan yanğınsöndürənlərə Barjomidə meşə yanğınları ilə mübarizədə göstərdikləri köməyə görə təşəkkür edib.
Trend bu barədə “Sputnik-Georgia”ya istinadən xəbər verir.
G.Marqvelaşvili hadisə yerinə gələrək vəziyyətlə tanış olub: “Biz gördük ki, azərbaycanlılar, türklər, belaruslar gürcülərin nə qədər səmimi dostlarıdırlar”.
Prezident köməklik edən bütün ölkələrə təşəkkürünü bildirib.
Qeyd edək ki, Gürcüstanın Daba kəndi yaxınlığında yerləşən meşədə yanğın avqustun 20-dən davam edir. Hazırda yanğın lokallaşdırılsa da, tam söndürmək mümkün olmayıb. Dağlıq ərazi, külək və quru hava yanğının tam söndürülməsinə mane olur. Yanğının söndürülməsinə kömək üçün Azərbaycan 3 helikopter, texnika və canlı qüvvə göndərib.