Gecə yemək yeyənlərə xəbərdarlıq – Dəri xərçəngi riskini artırırsınız

0
3

Gecə vaxtı qida qəbul etmək təhlükəlidir. Təbii ki, artıq çəki və həzm prosesində çətinlik buna dəlalət edir. Amma alimlərin son araşdırmaları müəyyən edib ki, gecə qida qəbul etməyin başqa fəsadları da var.

Son tədqiqatlara görə gecə vaxtı qida qəbul etmək qırışlara və bəzən də dəri xərçənginə səbəb olur. Çünki uyğun olmayan saatda qida qəbulu bioloji ritmi pozur, günəşdən təbii müdafiə səviyyəsini aşağı salır. Bunun isə pis fəsadları var. Bu səbəbdən alimlərin qənaətinə əsasən gecə vaxtı qəbul edilən bir tikə zülalın aktivliyini aşağı salır. Bu isə ultra-bənövşəyi şüalanmanın qarşısını alan zülaldır.

Bundan başqa qidalanma rejimini tez-tez pozmaq süd vəzi xərçəngi, ürək-damar xəstəlikləri və insult riskini artırır.

Texas universitetinin alimi, professor Cozef Taxasaki deyir: “Həqiqətən də gec saatlarda qidalanan insanlar günəş şüasından yanmağa daha meylli olurlar. Bu fəsad dəridə uzun müddət qalır və nəticədə dəri xərçəngi, qocalma baş verir”.

Professor qeyd edib ki, əgər yanmaq yox, qaralmaq istəyirsinizsə, çimərliyə getmədən əvvəl qida qəbul etmək lazımdır. Çünki dəri nə ilə qidalandığımıza “diqqət ayırır”.

Təcrübələr göstərir ki, əsasən gecə saatlarında qidalanan siçanlar ultra-bənövşəyi şüalardan daha çox təsirlənir. Normal qaydada qidalanan siçanlar isə özlərini daha yaxşı hiss edirlər. Tədqiqat nəticəsində məlum olub ki, günəş şüalarının xarab etdiyi dərini bərpa edən XPA fermenti daha passiv olur.

Alim əlavə edib ki, əgər normal qidalanma qrafiki varsa, gündüz saatlarında ultra-bənövşəyi şüalardan qorunmaq mümkündür.