Rusiyalı jurnalist canlı yayımda sensasion açıqlama verdi:”Qorbaçov Heydər Əliyevə qarşı alçaqlıq etdi”

0
3
SSRİ-nin son prezidenti Mixail Qorbaçov SSRİ Siyasi Bürosunun üzvü Heydər Əliyevlə çox alçaqcasına davranıb.

Bunu “Rossiya” kanalında yayımlanan “Vladimir Solovyovla bazar axşamı”verlişində çıxışı zamanı rusiyalı jurnalist Vladimir Solovyov söyləyib. Onun sözlərinə görə, Qorbaçov təkcə Heydər Əliyevi təqaüdə göndərmədi, o, həm də onun ailəsini təqiblərə məruz qoydu:

“Görün Qorbaçov Əliyevi necə dəyərləndirdi? O, bir zamanlar hətta Xarici İşlər naziri Eduard Şevardnadzeni də Əliyevin oğlu İlham Əliyevin işləməməsi və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dərs deməməsi üçün hər şeyi etməyə məcbur edirdi.

Bu alçaqlıqdır. Özünü belə aparmaq olmaz. Bu, həqiqətən böyük siyasətçi üçün yaraşmayan hərəkət idi”.

Qeyd edək ki, Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müavini vəzifəsindən 1987-ci ilin 23 oktyabrında istefa verib.

Axar.az