Artıq evlilik verilişləri yayımlanmayacaq

0
3

RTÜK (Radyo ve Televizyon Üst Kurulu) rəsmisi Murat Ellialtı Türkiyə mediasına müsahibəsində “Artıq evlilik proqramları olmayacaq” deyib.

Oxu.Az-ın xəbərinə görə, evlilik proqramları ilə əlaqədar digər sualları da cavablandıran M.Ellialtı bu cür verilişləri nümayiş etdirənlərin ağır şəkildə cəzalandırlacağını bildirib.

“Yayımçılarla görüşdük, yeni mövsümdə evlilik proqramları başqa formatda yayımlanacaq. Ötən mövsümdə nümayiş olunan evlilik proqramlarına bənzər verilişlər yayımlayan telekanallar çox ağır cəzalandırılacaq”, – deyə o bildirib.