Stratfor qurucusundan XXI əsrə proqnozlar :“III dünya savaşı 2050-ci ildə başlanacaq”

0
3

Samuel Blyumenfeld

Le Monde (Fransa), 17.08.2017

 

Corc Fridman bunu kinayə eyhamı olmadan və soyuq əminliklə müntəzəm yada salır: geopolitika və proqnozlaşdırma sahəsində hər şeyi dəqiq zaman çərçivəsində qoymağı bacarmaq lazımdır. Onun “Sıradakı yüz il: XXI əsrə aid proqnoz” kitabı çıxmamışdan bir neçə ay qabaq 2009-cu ilin dekabrındaLehman Brothers bankı özünü müflis elan edərək dünya maliyyə sisteminin təməllərini sarsıdan böhranın başlanğıcını qoyub. Yəni bu, ABŞ-ın iqtisadi və hərbi güc sayəsində XXI əsrdə üstün durumu saxlayacağı haqda ideyanın müdafiəsi üçün tamamilə yersiz bir məqam idi.

Fridman xatırlayır: “Bəziləri mənim proqnozumu ölü doğulmuş sayırdılar, çünki Amerika iqtisadiyyatı dağılıb və özünə gələ bilmir”.

Hər necə olsa da, Amerika iqtisadiyyatı nəşrdən bir neçə aylar sonra hələ də duruş gətirib, Stratfor (Amerika özəl kəşfiyyat strukturu) qurucusunun kitabı isə “The New York Times”-ın bestseller siyahısında beşinci yerə çıxıb.

 

Dünya sisteminin ağırlıq mərkəzi

 

ABŞ tezliklə geriləməyə keçən çox ağır maliyyə böhranı yaşayıb, amma heç də 1930-ların Böyük depressiyası ilə eyni səviyyədə durmayıb. Bundan savayı, politoloqun fikrincə, bu geriləmə II dünya savaşının bitməsilə əsla daha da pisləşmədi. O istənilən halda yenidən göstərdi ki, Amerika dünya sisteminin ağırlıq mərkəzidir: böhran yaşasa, bütün dünya təhlükə altında qalacaq. Özü də böhran ABŞ ərazisindənsə onun hüdudlarından kənarda daha güclü şəkildə tüğyan edib. Fridman bütün bunlardan sıradakı nəticəni çıxarır: yalnız Amerika ayaqüstə durandan sonra dünya özünə gələ bilər. O, başqa dəyişənləri də qeyd edib: yaxınlarda İraqa fəlakətli müdaxilə təsəvvür edilə biləcəyindən az təsir göstərib. ABŞ ora 200 minə yaxın adam göndərib və təxminən, 5 min  adam itirib ki, bu da Vyetnamdakı itkilərin 6-8%-i və II dünya savaşındakı itkilərin cəmi 1%-i təşkil edir.

 

Örnəksiz hadisələr

 

Onun xeyrinə daha bir arqument ABŞ-ın struktur geopolitik özəlliklərini qorumaqdan ibarətdir: o hələ də bütün dənizləri əlində saxlayır. Bu nəzarət təkcə ABŞ güvənliyinin deyil, həm də beynəlxalq sistemə təsir  bacarığının təməlidir.

Corc Fridman maliyyə böhranının ikinci simptomundan savayı geopolitikanı qavramağa təsirini də qeyd edir: onun sözlərinə görə, demək olar, artıq bütün hadisələrin örnəyinin olduğunu sərgiləyir və kartları yenidən paylamaq imkanı praktik olaraq yoxdur.

Bu qayda ilə, onun baxışınca, geopolitika bu cür davranış tiplərini yada salmaq və təkrarlanma səbəblərini anlamaqdan ibarətdir. Onun“Sıradakı 100 il: XXI əsin proqnozları” kitabı yetərincə cürətli çıxıb. O, müəllifin aydın şəkildə cızdığı görünüşə dayaqlanıb: bir əsr. Bu mənzərə ona öz peyğəmbərliklərinə görə məsuliyyətdən yayınmaq imkanı verir.

 

İki blok, iki koalisiya

 

Politoloq bildirir ki, Rusiya və Çinin başçılığı ilə inkişaf edən ölkələri sürətli tənəzzül gözləyir. Bundan başqa, o, 2050-ci ilə doğru iki blokun üçüncü dünya savaşından xəbər verir. Birincini ABŞ və Polşa (sonuncu Mərkəzi Avropanınn lideri olacaq), Böyük Britaniya, Hindistan və Çin  formalaşdıracaq. İkincisi Türkiyə və Yaponiyanın alyansı biçimini alacaq. Türklər və yaponların əlaqəli hücumu münaqişənin başlanğıcını qoyacaq. Onlar ABŞ-ın işğalı və yaxud məhvinə deyil, onlar üçün nüfuz zonasını – Yaponiya üçün Sakit okean bölgəsinin şimal-qərbi və Türkiyə üçün Yaxın Şərqi – zəmanətə alacaq sazişə can atacaqlar.

Corc Fridman daha uzaq perspektivdə (haradasa 2080-lərə yaxın) ABŞ və Meksika arasında münaqişə təsəvvür edir. ABŞ indi meksikalı mühacirlər üçün sərhədləri bağlsa da, bu dinamika 20 ildən sonra demoqrafik səbəblərdən dəyişilə bilər: ABŞ işçi qüvvəsinin qocalmasını müvazinətləşdirmək cəhdiylə əmək vizalarının verilməsinin asanlaşdırılmış rejimini və hətta işləməyə hazır olanların hamısı üçün (birinci növbədə onunla ümumi uzun sərhədi olan meksikalılar üçün) maliyyə stimulu tətbiq edə bilər.

 

Amerika mərkəzçiliyi

 

Meksika 2080-ci ilə doğru ABŞ-dakı böyük diasporası ilə güclü iqtisadi dövlət olacaq. O, ABŞ milli maraqları üçün təhdidə çevrilə bilər. Bu da iki ölkənin qarşıdurmasını törədər.

Kitab çıxdığı anda tam bir sıra müsbət rəylər alıb. “The Washington Post”XXI əsrdə ABŞ-ın üstün fövqəldövlətliyinin saxlanması haqda proqnozu haqlı sayıb, lakin qalan arqumentləşdirmələr qəzetə daha şübhəli görünüb. “The New York Times” da öz növbəsində razılaşıb ki, ABŞ gücü ancaq artan dövlət olaraq qalacaq.

The San Francisco Chronicle” xeyli sərt mövqe tutub  və “Amerika mərkəzçiliyi”nin tənqidi ilə çıxış edərək onun nəzəriyyəsini “qorxudulmuş və yuxusuzluqdan əzab çəkən, günəş doğunca var gücü ilə qələbə çalmaq üzündən “imperiyalar dövründən” qurtula bilməyən adamın məntiqi” ilə tutuşdurub…

 

Avropa millətçiliyi

 

Corc Fridman hesab edir ki, onun yanaşımı sağlam düşüncəyə əsaslanır:  “Proqnozlaşdırmada aşkar nəsnələri ayrıntılamaq çox önəmlidir. Dünyamız gizli deyil, yaxşı görünən nəsnələrə söykənməklə işləyir. Bunları anlamağa yalnız tənbəllik mane olur. İnanmaq çox çətindir ki, bu gün var olan mənalı institutlar haçansa olmayacaq və yaxud dünyanı radikal dəyişikliklər gözləyir. Hər necə olsa da, radikal dəyişikliklər hər 20 ildənbir baş verir”.

Başqa sözlə, növbəti böyük dəyişiklik ola biləni diqqətlə izləmək gərəkdir. O, yada salır ki, Avropa dövlətləri 1900-cü ildə dünyada üstünlük təşkil edib, amma I dünya savaşından sonra 1920-ci ildə xarabazarlıq içindəydi. “Hamı hesab edirdi ki, Almaniyanın axırıdır, amma o, 20 ildən sonra Fransanı işğal edib və ilk qitə dövləti olub. – O, hesab edir. – Berlin divarı çökəndən sonra geopolitika bitib, daha müharibə olmamalıydı”. Lakin 11 sentyabr baş verib.

20 ildən sonra bizə nələr ağlabatan görünəcək? – O, davam edir. – Öz kitabımda Avropada millətçiliyin yüksəliş qaçılmazlığı haqda yazmışam. O zaman bayırda 2009-cu il idi və bu cür şey, sadəcə, ağlasığmaz görünürdü, çünki Avropa Birliyi sərhədlərin ləğvinə, millətçiliyə müqavimət ideyasına əsaslanır. Bu gün isə Avropa Birliyinin tənəzzülünü dayandıra biləsi heç nə görmürəm”.

 

Rusiya və Çinin tənəzzülü

 

(2010-lara dair) qısamüddətli proqnozlara gəlincə, Corc Fridman yalnız bundan narazıdır ki, Rusiya və Çin tənəzzülünün sonralar başlanacağını qət edib. Çinin qarşısında duran problem sərvəti sahilyanı bölgələrdən ölkə daxilinə köçürməkdən ibarətdir. Bu isə asan vəzifə görünmür. Haçansa görünməmiş göstəricilər sərgiləmiş Çin iqtisadiyyatı keçmiş yapon iqtisadiyyatı kimi adi səviyyəyədək ləngiyir. Ancaq, budur, ölkədə bir milyard yoxsul qalır. Politoloqların fikrincə, Çinə coğrafiya mane olur: o, su ilə deyil, çılpaq torpaqlarla dövrələnmiş adanı xatırladır. Bu torpaqlar onu qalan dünyadan təcrid edir və Cənub-Şərq Asiyada hegemonluğunu məhdudlaşdırır. Rusiya isə başlıca olaraq karbohidrogenlər ixracatı hesabına yaşayır. Madam onun qiyməti düşüb və düşməkdədir, Rusiya dövlətini ancaq əksilmə gözləyir.

Hər halda Fridman ciddi səhvini boynuna alır: Yaxın Şərq münaqişələrinin kəskinləşəcəyini sezə bilməyib. Eyni zamanda islam tərəfindən həm Qərb, həm də ərəb ölkələri  üçün hələ də özəl təhlükə görmür: “İslamın problemi bundadır ki, dini və etnik qruplara bölünüb. İŞİD-in hədəfi xilafəti bərpa etməkdən ibarətdir. Bunun üçün Mərakeşdən Filippinə qədər ərazilərdə birlriyə nail olmaq lazımdır ki, bu da bu əsr boyunca baş verməyəcək”.

 

Coşğun əminlik

 

Ən cürətli və ayrıntılı proqnoz üçüncü dünya savaşına aiddir. Fridman bu məsələdə öz baxış nöqtəsini müdafiə edir: “Bütün əsrlərin öz sistemli müharibəsi olub. Bu ona görə baş verir ki, bəzi dövlətlər qüvvə toplayır, başqaları isə tənəzzül yaşayır. II dünya savaşı dönəmində üç dövlət – Almaniya, ABŞ və Yaponiya ön plana çıxıb. Fransa və Britaniya imperiyası mövqeləri əldən verib. XXI əsrdə sistemli dəyişikliklər baş verməsə, qəribə olar”.

Ona etiraz edirlər ki, müasir silahlara görə yeni dünya münaqişəsi praktik olaraq mümkünsüzdür. O, cavablandırır: “Müharibələr həmişə mümkünsüzdür… O başlanan günə qədər”.

Mən Türkiyə və Yaponiyanı qüvvə toplayan dövlətlər adlandırmışam. Yaponiya təzədən hava və dəniz qüvvələri möhkəmlənmə tələb edən bölgəsəl dövlət olacaq. Bu, okeanlarda üstünlüyə can atan Amerika dövləti ilə toqquşmanı ifadə edəcək”.

Türkiyə özlüyündə başqa bir səciyyəvi hadisəni təmsil edir. Keçmiş Bizans və Osmanlı imperiyaları nəzərə alınmaqla son 100 il ölkə üçün anomaliya olub. Bütün məntiqə əsasən, bu güclü ölkə Türkiyənin dominantlığı halında qeyri-sabitlyi tərk edəcək bölgədə öz hegemonluğunu təsbit etməlidir.

Politolioq XX əsrin təhlilini apararaq qeyd edir ki, sezilməsi asan olduğu kimi, 1930-larda birləşən Almaniya və İtaliya, həmçinin sənayeləşmə yoluyla gedən Yaponiya beynəlxalq sistemi dəyişmək istəyəcəkdi. Eyni şey ABŞ və SSRİ-nin əsrin ikinci yarısındakı üstün durumuna da aiddir.

Tərcümə Strateq.az-ındır.