Güclü günəş küləyi Yerə tərəf istiqamətlənir

0
3
Güclü günəş küləyinin axınının səbəb olduğu maqnit qasırğası bir neçə saatdan sonra öz pik nöqtəsinə çatacaq.

Oxu.Az-ın Life nəşrinə istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının alimi Anatoli Belov məlumat verib.

“Günəşdə Yer kürəsinə tərəf istiqamətlənən güclü günəş küləyi ilə müşahidə olan “tac dəliyi” əmələ gəlib”, – o deyib.

Alimin sözlərinə görə, geomaqnit qasırğa dörd balla qiymətləndirilib (doqquz ballıq cədvəl üzrə). O həmçinin qeyd edib ki, insana həm güclü, həm də zəif geomaqnit qasırğa təsir edir.

TESİS kosmik laboratoriyasının son məlumatına əsasən, avqustun 15-də Günəşdə üç güclü partlayış baş verib.