Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev Rusiya Federasiyasının BMT yanında yeni təyin olunmuş daimi nümayəndəsi Vasili Nebebzya ilə sonuncunun müraciəti əsasında görüşüb.
Strateq.az XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin yüksək səviyyəsindən, xüsusən hər iki ölkə prezidentinin dostluq münasibətlərindən məmnunluq ifadə edilib və əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və bu xüsusda BMT yanında Daimi nümayəndəliklər arasında təmasların əhəmiyyətini vurğulayıblar.