Xəzər dənizində zəlzələ- 3,5 bal

0
3

Avqustun 16-da Xəzər dənizində 3,5 bal gücündə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Azərtac-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 00:33:13-də qeydə alınıb.

Episentri 60 km dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.