“iPhone 8” belə olacaq – SON DİZAYN + FOTO

0
5

Forbes nəşrinin redaktoru Qordon Kelli “iPhone 8” smartfonunun yeni görüntülərini yayıb.

O, bildirib ki, bu “iPhone 8”nin son dizaynıdır.
Yeni “iPhone” su keçirməyən korpusa malik olacaq, və qacet naqilsiz enerji yığma sistemi ilə təchiz ediləcək.
Smartfonun əsas xüsusiyyətləri yeni ikili kamera, çərçivəsiz ekran və naqilsiz enerji yığma sistemidir. “iPhone 8”in arxa hissəsi şüşədən hazırlanacaq.
Bundan əlavə “Apple”  “Home” düyməsindən imtina etmək niyyətindədir. Ehtimal olunur ki, şiirkət barmaq izləri skanerini birbaşa ekrana quraşdıracaq.
“iPhone 8” 2017-ci ilin payızında təqdim olunacaq.