Naxçıvan-Bakı marşrutu ilə qatarların hərəkət müddəti 30-32 saat təşkil edəcək –Rəsmi

0
5
Naxçıvan-Bakı marşrutu ilə qatarların hərəkət müddəti 30-32 saat təşkil edəcək.

Bunu Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” QSC üzrə şöbəsinin sədri Xeyrulla Hümbətov deyib.

O həmçinin xatırladıb ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı artıq fəaliyyət göstərir:

“Astara (İran) – Rəşt dəmir yolunun tikintisi başa çatdıqdan sonra Naxçıvan-Bakı marşrutu üzrə qatar işə salınacaq. Bu, sərnişinlərin daha sürətlə daşınmasını, eləcə də 30-32 saat ərzində Muxtar Respublikadan travertin, mərmər, gips, “Badamlı” və “Sirab” mineral sularını, müxtəli kənd təsərrüfatı məhsullarını, o cümlədən meyvə və tərəvəzi paytaxta çatdırmağa imkan verəcək”.

Onun sözlərinə görə, son 2 il ərzində ölkədə 380 kilometrdən çox dəmir yol əsaslı təmir edilib: “Dəmir yolu infrastrukturunun yenilənməsi gələcəkdə sərnişin qatarlarının sürətini 100 kilometr/saata, yük qatarlarının orta sürətini 60 kimlometr/saata çatdırmağa imkan verəcək”.

Trend