Türkiyənin şərqində zəlzələ olub

0
3
Türkiyənin şərqində Van vilayətidə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanların 4,4 bal gücündə olduğu bildirilib.

Zəlzələnin səhər saatlarında – yerli vaxtla 04:58-də 5 kilometr dərinlikdə qeydə alındığı barədə məlumat verilib.

Təlafat və dağıntılar barədə məlumat daxil olmayıb.

Qeyd edək ki, 2011-ci ildə Vanda zəlzələ nəticəsində 600-a yaxın adam həlak olmuşdu.