Bu gün Azərbaycanda rekord isti qeydə alına bilər – XƏBƏRDARLIQ

0
3

Son günlər Bakıda iqlim normasından yüksək temperatur müşahidə olunur.

Milletim.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, avqustun 8-də Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 4 dərəcə yüksək olub.
G. Məmmədova deyib ki, bu gün də havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilir: “Temperatur iqlim normasından yüksək olsa da, hələlik anomal proseslər müşahidə olunmur. Bu günə kimi temperaturla bağlı rekord yenilənməyib. 2015-2016-cı illərdə də belə isti hava şəraiti qeydə alınıb və Bakı və Abşeron yarımadasında temperatur 40-41 dərəcə olub. Bu gün paytaxtda havanın temperaturunun 35-40°, bəzi yerlərdə 42°, bölgələrdə 35-40°, Naxçıvan və Mərkəzi Aran rayonlarının bəzi ərazilərində 42-43, dağlıq ərazilərdə 30-34° isti olacağı gözlənilir. Əgər bu gün Bakı və Abşeronda 42 dərəcə temperatur qeydə alınarsa, o zaman rekord yenilənə bilər”.