Qərb dövlətləri 1990-cı ildən bəri dörd milyon müsəlmanı qətlə yetirib –Araşdırma

0
3
Yeni Akit (Türkiyə), 03.08.2017

Qərbin müsəlman dünyası ərazisində 1990-cı illərdən başladığı müharibələrdə dörd milyondan çox adam həlak olub.

Mərkəzi Vaşinqtonda olan “Həkimlər sosial məsuliyyət uğrunda” adlı təşkilat keçən ay ABŞ “terrorizmə qarşı müharibə”yə təkan verəndən bəri mülki vətəndaşlar arasındakı ölümlərin sayına işıq salan  araşdırmaların nəticələrini dərc edib. 11 sentyabr teraktından sonra həlak olmuş mülki şəxlsərin sayı 1,3-2 milyon nəfər təşkil edir.

Nobel mükafatı laureatı olan həkimlər 97 səhifəlik hesabatda ABŞ-ın birbaşa müdaxiləsindən sonra İraq, Əfqanıstan, Pakistanda mülki əhalinin itkilərini təhlil ediblər. İndiyədək azdan-çoxdan dəqiq rəqəmlər üzə çıxarmağa nail olunmasa da, bu araşdırma mülki şəxslər arasındakı itkini maksimal şəkildə dürüst hesablamaq cəhdini ifadə edir.

Hesabatda mülki əhalinin itkiləri haqda daha erkən hesabatlara diqqət yetirilir, media meynstrimi (ingiliscə: əsas yön-tərc.) sərt tənqidə məruz qalır. Deməli, məsələn, məruzədə xatırladılır ki, KİV-lərin məlumatına görə, İraqda mülki əhalinin itkisi 110 min nəfər təşkil edib, amma “Həkimlər sosial məsuliyyət uğrunda” təşkilatının versiyasına görə, bu rəqəm həqiqətdən xeyli uzaqdır.

İraq

Müharibənin başlanğıcından İraqın ən-Nəcəf şəhərində ancaq 1354 ölüm haqda məlumat verilsə də, məruzədə informasiya keçib ki, bölgədə cəmi 40 min adam dəfn edilib. Aviazərbələr üzrə statistika üçün də oxşar durum səciyyəvidir. Gerçək rəqəmlər haqqında məlumat verilən hava hücumlarının sayından daha yuxarıdır.

Həkimlər sosial məsuliyyət uğrunda”  qurumunun məruzəsində qeyd olunduğu kimi, mülkin əhalininn itkisinin qiymətləndirilməsində istifadə olunan üsul bir çox baxımdan yanlışdır və siyasiləşdirilib. Hesabatların əksəriyyəti zorakılıq səviyyəsinin qıcqırdığı bölgələri nəzərə almır. Bəzi hesabatlarda yalnız o dövrün İraq səhiyyə nazirliyi kimi qaynaqlarından birtərəfli məlumatlar verilir. Bəzi hesabatlarda isə rəqəmlər ABŞ-ın basqısı altında dəyişdirilib.

Həkimlər sosial məsuliyyət uğrunda”nın dəyərləndirdiyinə görə, Amerikanın İraqa müdaxiləsinin gedişində həlak olmuş dinc sakinlərin sayı bir milyona yaxındır. Əfqanıstanda itkilər 220 min, Pakistanda 80 min səviyyəsindədir. Məruzədə qeyd olunur ki, bu rəqəmlər ən aşağı göstəricilərə əsaslanır və mülki əhalinin gerçək itkiləri iki milyonu aşa bilər.

Qərbin İraqa ilk müdaxiləsi 1991-ci ildə Fars körfəzində müharibə ilə başlayıb və bu ölkəyə nisbətdə sanksiyalarla davam edib. Ehtimal olunur ki, bu müharibə və tətbiq edilmiş sanksiyalar İraqda 200 minə yaxın mülki şəxsin həlakını törədib. Müharibədən sonrakı dövrdə sanksiyalar nəticəsində həlak olan dinc sakinlərin sayı1,7 milyondur. Beləliklə, 2003-cü ildə ikinci müharibənin başlanğıcına qədər İraqda öldürülmüş mülki şəxslərin sayı iki milyona çatır. İndiki anda mülki əhalinin itkisi üç milyonu keçib.

Əfqanıstan

Ehtimal oluinur ki, Sovet İttifaqının gedişi, hakimiyyətin taliblər tərəfindən ələ keçirilməsi və  ABŞ müdaxiləsindən sonra Əfqanıstanda başlanmış vətəndaş müharibəsi fonunda bütün bu müddətdə birbaşa və ya dolayısı ilə davam edən müharibələr üzündən həlak olanların sayı 200 mindən 2 milyona qədərdir. Bu ölkədə mülki əhali itkisinin önəmli hissəsi hesabatlar və mətbuatda əksini tapır.

Əfqanıstan talibləri Fərah əyalətində

Taliblərin idarəçiliyi dönəmində bu ölkəyə qarşı tətbiq edilmiş  sanksiyalar müddətində ərzaq çatışmazlığı və xəstəlik üzündən əksəriyyəti uşaqlar olan minlərlə dinc sakin həlak olub. Və 2001-ci ildə ABŞ müdaxiləsi zamanı böyük sayda mülki şəxs qətlə yetirilib. Məlumat verilir ki, gecə reydlərinin gedişində, Amerika hərbçilərinin xaotik hücumu, pilotsuz təyyarələr və helikopterlərdən istifadə ilə endirilən aviazərbələr, ABŞ dəstəyi ilə hökumət qüvvələrinin əməliyyatları zamanı onlarla dinc sakin ölüb. Bu cür böyük ərazisi və təcrid olunmuş rayonlara malik olan ölkədə mülki əhalinin itkisi haqda çox vaxt məlumat da olmur.

Pakistan

ABŞ-ın Əfqanıstandakı müharibəsinin faktiki olaraq arxa həyəti olmuş Pakistanda da mülki əhalinin itkisi mühüm problemdir. “Taliban”ın öz varlığını sürdürdüyü tayfa əraziləri tez-tez Amerika hərbi təyyarələri və pilotsuz uçuş aparatlarının hədəfi olur. Məlumdur ki, bu hücumlar nəticəsində həlak olanların önəmli qismini mülki şəxslər təşkil edir. Digər tərəfdən, ABŞ dəstəyi ilə Pakistan ordusunun bu bölgəyə nisbətdə həyata keçirdiyi hücumlar da böyük sayda mülki əhalinin həlakına səbəb olub. Xəbər verilir ki, Pakistanda “terrorizmə qarşı müharbə”nin başlanğıcından bəri 80 min dinc sakin öldürülsə də, təxmin edildiyi kimi, gerçək rəqəmlər xeyli yüksəkdir.

Lakin Qərb güclərinin apardığı müharibələrdə mülki şəxslərin həlakında təkcə ABŞ günahkar deyil. Rusiya, Fransa, Böyük Britaniya kimi ölkələrin də bu hissə üzrə zəngin xidmət siyahısı var.

 

Qafqaz

 

Sovet İttifaqının dağıldığı dövrdə alovlanan müharibələr Rusiyanın əsrlərlə idarə etdiyi bölgədə mülki əhaliyə çox böyük ziyan vurub. 1994-cü ildə I çeçen müharibəsi ilə başlanmış münaqişələr nəticəsində həyatını itirmiş mülki şəxslərin sayı XXI əsrin başlanması ilə bir qədər intensivliyini azaldıb – təxminən, 200 min nəfər. Rusiya tərəfindən qəddar bombardmanlar və bir çox yaşayış məskənlərinin, hər şeydəın əvvəl Qroznının praktik olaraq yerüzündən silinməsi faktı indiyədək yaddaşlarda təzədir.

Qroznı sakini yanan binalara baxır

Somali

Bu ölkədə otuz ildən çox baş verən daxili münaqişələrdə ABŞ və BMT-nin iştirakı mülki əhali arasındakı itkilərin daha da çoxalmasına səbəb olub. Bu bölgədə mülki şəxslərin BMT sülhməramlıları tərəfindən zorlanması barədə məlumat verilir. Ölkədə mülki əhali arasındakı ölümlər üzrə gətirilən rəqəmlər, ən azı, 300 min təşkil edir və 500 minə çatır.

Əlcəzair

Güman edilir ki, İslam Xilas Cəbhəsinin yüksəlişindən sonra meydana çıxan vətəndaş müharibəsində, sonra isə hərbi çevrilişdən sonra 150 min dinc sakinqətlə yetirilib. Məlumdur ki, Fransanın dəstəklədiyi ordunun mülkin əhaliyə münasibətdə işgəncələrdə, qətllərdə əli var. Digər tərəfdən, mülki şəxslərin həlakında həmçinin mühüm amil Silahlı İslam Qrupu (GIA) olub – hesab olunduğu kimi, ona bəzi kəşfiyyat qurumları nəzarət edir.

Bosniya

Avropanın mərkəzində BMT sülhməramlıları kontingentinin gözü qabağında baş verən vətəndaş müharibəsi mülki əhalinin kütləvi qətli halları ilə zəngindir. Bu bölgədə həyatını itirmiş 50 min nəfər mülki şəxsin böyük qismini Bosniya müsəlmanları təşkil edir. Bosniyada indiyədək kütləvi dəfnlər aşkarlanır, oradan yüzlərlə həlak olmuşların cəsədləri çıxarılır.

Hələ Suriya, Yəmən, Fələstin kimi bir çox bölgələrdə Qərb güclərinin başlatdığı müharibələr minlərlə insanın həyatını aparıb. Bu ölümlər beynəlxalq birlik üçün rəqəmdən özgə bir şey olmadığı ilə yanaşı həm də həqiqətdən çox uzaqdır. Mülki əhalinin gerçək itkiləri tez-tez sirr olaraq qalır.

Tərcümə Strateq.az-ındır.