2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata görə, may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat və ya 52,4% azalıb.
Bu ilin altı ayında bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln. manat, faiz xərcləri isə 482,7 mln. manat olub.
Qeyd edək ki, hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 mln. manat vəsait ayrılıb.
APA