Rusiya qoşunları separatçı Dnestryanı rejimi ilə birgə hərbi təlimə başlayıb –Rəsmi Kişinyovdan etiraz

0
3
Moldovanın münaqişəli Dnestryanı bölgəsində Rusiya ordusu ilə separatçı qüvvələr birgə hərbi təlim keçirir.

Məsələ ilə bağlı Moldova hökuməti etiraz bəyanatı yayıb.

Bəyanatda qeyd edilir ki, Rusiya sülhməramlılarının separatçılara rəğbəti tamamilə aydın deyil:

“Moldova hakimiyyəti danışıqlar prosesinin aparılması üçün daha əlverişli mühitin yaradılmasına çalışır. Ancaq biz hamımız görürük ki, son vaxtlar Rusiya qoşunları Dnestryanıda Tiraspol separatçı rejimin güc strukturları ilə birgə hərbi təlimlər keçirir”.

Axar.az