Torpaq sahəsi üzərində istifadə hüququ olan şəxslər bələdiyyəyə vergi ödəməlidirlər

0
3

Vətəndaş istifadə etmək üçün bələdiyyədən müqavilə ilə torpaq sahəsi götürübsə, torpağa görə vergini nə vaxtdan ödəməlidir? Bələdiyyə ilə müqavilə bağlandığı və ya torpaq üzərində istifadə hüququnun dövlət qeydiyyatına alındığı gündən?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən Azərtac-ın sualına cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 203.1-ci maddəsinə uyğun olaraq, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır.

Vergi Məcəlləsinin 203.2-ci maddəsinə görə, rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar. Torpaq vergisi isə torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir.

Qanunvericiliyə əsasən, torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin istifadə hüququnun hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

Qeyd olunub ki, fiziki şəxsin torpaq sahəsi üzərində istifadə hüququnu təsdiq edən sənədləri (torpaq sahəsinin verilməsi barədə qərar və tərəflər arasında bağlanmış müqavilə) aldığı andan istifadəsində olan torpaqlara görə yerli (bələdiyyə) büdcəyə vergi ödəmək öhdəliyi