İstanbulda leysan və şiddətli külək səbəbindən Bakıdan və geri uçuşlar ləğv olunmayıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanından Trend-ə bildiriblər ki, Bakı-İstanbul marşrutu üzrə bəzi ləngimələr olsa da, uçuşlar ləğv olunmayıb.
Qeyd edək ki, iyunun 27-də başlayan güclü külək və leysan İstanbulda fəsadlar törədib, ikisi ağır olmaqla 10 nəfər xəsarət alıb.