Amerikalı general:”Tramp əmr versə, Çinə nüvə zərbəsi endirməyə hazırıq”

0
3
“ABŞ Prezidenti Donald Tramp əmr versə, Çinə nüvə zərbəsi endirməyə hazırıq”.

Bunu ABŞ-ın Sakit okean donanmasının komandiri Skott Svift ABŞ və Avstraliyanın təşkil etdiyi birgə hərbi təlimlərdən sonra Avstraliya universitetlərindən birində çıxışı zamanı deyib.

Svift ABŞ-da hər bir hərbi qulluqçunun ali baş komandana tabe olmaq barədə and içdiyini vurğulayıb.

Qeyd edək ki, son zamanlar Çin və ABŞ arasında münasibətlər gərginləşib. Münasibətlərin gərginləşməsinə səbəb Çinin Cənubi Çin dənizində Spratli adalarını ilhaq etməsi olub. Ardından ABŞ bölgəyə ordu göndərib və müttəfiqləri ilə təlimlərini artırıb.

Axar.az