Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı qərar bu gün verilib.
Türkiyə mediasının xəbərinə görə, İsrail beynəlxalq ictimaiyyətin təzyiqindən sonra detektorları qaldırsa da, məscidin giriş və ətrafına müasir kameralar yerləşdiriləcəyini bəyan edib
Xatırladaq ki, iyulun 14-də İsrail məsciddə hücum təşkil edərək, 3 fələstinlini öldürüb. Bununla bağlı çıxan iğtişaşda yaralanan 2 İsrail polisi xəstəxanada vəfat edib. Hadisədən sonra İsrail məscidi qapadıb. Sonradan məscidin hər iki qapısını açsalar da, girişə dəmir detektorlar yerləşdirilib. Buna etiraz edən fələstinlilər isə namazı məsciddə deyil, ətrafında qılmağa başlayıblar.
Fələstinlilərin göstərdiyi bu dirəniş sonrası tədirgin olan İsrail ordusu və kəşfiyyatı hökumətdən gərginliyi yumşaltmaq üçün detektorun götülüməsini istəyiblər. Lakin bu günədək İsrail hökuməti qərarın dəyişməyəcəyini bəyan edirdi…