“Tramp barədə heç bir sual eşitmək istəmirəm. Mən bura müğənni kimi gəlmişəm. Mənim bu axşamkı şou-konsertimə gəlin“, – deyə “Crocus Group” Rusiya şirkətinin sahibinin oğlu Emin Ağalarov oğul Donald Trampa görüş zamanı məhz hansı informasiya verməyə cəhd edildiyi ilə bağlı sualın cavabında bildirib.
Emin Ağalarov həmçinin oğul Tramp tərəfindən açıqlanan yazışmaların da həqiqi olmadığını söyləyən vəkilinin sözlərinə də şərh verməyib. Emin Ağalarov hüquqşünasın özünə müraciət etməyi tövsiyyə edib. Müğənni Rusiyanın ABŞ seçkilərinə mümkün müdaxiləsi barədə suallara da cavab verməyib.
Oğul Donald Trampın Twitterdə paylaşdığı yazışmalara görə, Emin Ağalarov Tramp ailəsi ilə Hillari Klintonla bağlı məlumatları hazırkı ABŞ prezidentinin seçkiqabağı komandasına təqdim edəcək Rusiya tərəfi ilə əlaqənin təşəbbüskarı ola bilərdi. Tramp ailəsi Ağalarovlar ailəsi ilə Moskvada keçirilən “Dünya Gözəli-2013” müsabiqəsindən tanışdırlar. Bu tanışlığa görə oğul Trump-ın Ağalarovun təklifi ilə maraqlanacağı iddia olunub.
Yazışmalara əsasən, Ağalarovların Hillari Klintonla bağlı məlumatları ola bilərdi. Lakin görüş zamanı bu məlumatların müzakirə edilmədiyini iddia olunub.