Bu barədə AzTV-nin “Günün nəbzi” verilişində Kütləvi informasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, binanın qeydiyyatı ilə bağlı dövlət aktı olmalıdır: “Biz birinci binanın 2013-cü ilin iyulun 22-də açılışından sonra jurnalistlərin sənədlərini hazırlayıb qeydiyyatdan keçirdik və həmin ilin dekabrın 24-də yeni il qabağı mənzillər jurnalistlərə təhvil verildi. Yəqin ki, bu məsələ ilin sonuna qədər həll olunacaq və açarlar dekabr ayında təntənəli şəkildə sahiblərinə təhvil veriləcək”.