Naxçıvanın Konstitusiyasında dəyişikliklər ediləcək –Ali Məclisin sessiyası çağrılıb

0
5
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasının çağırılıb.

İyulun 25-də keçiriləcək sessiyanın gündəliyinə  2017-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları,  “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişikliklər edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi, “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının qanununda dəyişikliklər edilməsi,  “Toxumçuluq haqqında” və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikası qanunlarının qəbul edilməsi daxil edilib.